HAQQIMIZDA

 "Azequip & Deposist" MMC

«Deposist» MMC 2003 ilindən bu günə qədər  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq keyfiyyət sertifikatına sahibdir. Türkiyə və Rusiya fabriklərindən Azərbaycan ərazisinə xammalları uyğun şəkildə idxal etməkdə davam edir. Yarandığı gündən bu günə qədər kompaniyamız şirkətlərin və təşkilatların, keyfiyyətli və məhsuldar anbar avadanlıqlarına və rəf sistemlərinə olan ehtiyyaclarını, kompleks şəklində təmin etməklə məşğuldur. Deposist MMC Azərbaycan bazarında bu illər ərzində qarşılıqlı müştəri məmuniyyəti hədəfi ilə bölgənin ən böyük və yeganə istehsalcı fabrikinə çevrilmişdir. Yüngül konstuksiyalardan başlayaraq texniki parametriləri çətin olan rəf sistemlərinə qədər professional mütəxəssislərimiz tərəfindən hazırlanır. Bundan əlavə olaraq hündürlüyü 17 metrə qədər olan ağır yüklər üçün nəzərdə tutulmuş anbarlar da tikmək qabiliyyətindədir.  

«AzEquip» MMC — Çəngəlağız yükləyicilərin (Avtokar, Elektrokar, Dizelkar, Ştabliyor, Transpalet) və anbar avadanlıqlarının satışını, servisini həyata keçirir. Şirkət 2006-cı ildən  KOMATSU Forklift Co., Ltd.-nin Azərbaycandakı nümayəndəsidir. 2011-ci ildən isə Komatsu CİS-in və Yale Materials Handlingin  Azərbaycan Respublikası üzrə rəsmi dileridir. Çəngəlli yükləyicilərin anbarlarda, depolarada, sənaye zonalarında, soyuducu kamera və logistika mərkəzlərində layihələndirilməsi və təchizatı ilə məşğuldur. Servis xidmətinin müştəri ünvanında görülməsi, işlənmiş və təzə forkliftlərin uzun müddətli sərfəli qiymətə icarəsi də mümkündür.

 Məqsədimiz

Şirkətimizin ilkin prinsipi müştəri məmnuniyyəti olub öz sektorunda ən keyfiyyətli məhsulları ən uyğun qiymətlərə  müştərilərimizə təklif etməkdir. Bu illər ərzində təhlükəsizlik və səmərəlilik üçün müştərilərimizə ən yaxşı və düzgün məsləhətlər verməyi öyrəndik. Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçı fabriklər ilə distribütorluq səviyyəsində çalışırıq. Şirkətimizin müasir fabrik infrastrukturuna  malik olması Temasist, Komatsu və Yale kimi aparıcı istehsalçılarının distribütorluğunu həyata keçirməsi inkişafımıza daima təkan verir.

Dəyərli müştərilərimizə ən yaxşı depolama sisteminin hazırlanmasında və yüksək keyfiyyətdə ən son texnologiyaların tətbiq olunmasında DepoSist və Azequip daim dəstəkdir.

 Missiyamiz

Şirkətimiz peşəkar  komanda,  təcrübəli mütəxəssislərdən ibarət bir kollektiv ilə daima inkişafa doğru addımlayır. Azərbaycan bazarında mövcud olan bütün anbar və depolarda yüksək keyfiyyətli rəf sistemi qurmaq, müştəri rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir. Bizim şüarımız müştərilərimizin xeyrinə işləməkdir.