Anqar

Anbar və anqar tikmək üzrə ixtisaslaşmış “Deposist” MMC sizə müqayisə olunmayacaq dərəcədə sərfəli və güvənli olan, Amerikan texnologiyası ilə - Karkassız, yarımçəllək formada Anqar tikintisi təklif edir. Bu növ tikinti bütün dünyada uğurla tətbiq olunur: Anqar, anbar, dənli bitki, meyvə-tərəvəz saxlancı, ferma, avtodayanacaq, idman kompleksi, hovuz və s. tipli tikintilərdə arkalı, karkassız anqarlardan istifadə olunur. Çox sərfəli və qısa zaman ərzində bu metalakonstruksiya karkassız tikildiyinə görə daha səmərəlidir. Karkassız anqarların inşaatında rulon halında olan 1mm və 1.5mm (proyektin enindən asılı olaraq) qalınlığında galvaniz dəmirdən istifadə olunur. Karkassız (yarımçəllək) anqar tikililəri – Azərbaycan mühiti üçün ideal, keyfiyyətli, şimaldan cənuba hər bölgədə əlverişli, yağışdan, gündən, küləkdən qoruyan dəmir kompleksdir. Bu günki gündə təcrübələr sübut edir ki, baha olmayan və operativ tikilmə xarakteristikası olan karkassız anqar sistemlərinin bu xüsusiyyəti aparıcı ölkələrdə sıx inkişafına səbəb olmuşdur.
Professional səviyyəli Deposist şirkəti bu məsuliyyəti üzərinə götürərək Azərbaycanda ilk olaraq karkassız anqar tikməyə başlamışdır və 15 il zəmanət verir. 
Anqarların ölçüləri, eni – 12-dən 36 metrədək, uzunluq – 20dən 200 metrədək, hündürlük – 4-dən 12-dək.
Tikinti vaxtı 500 m2 – 2-3 həftə, 1000 m2 – 4-5 həftə.
Karkassız anqarların tikintisinin qiyməti və endirimi hər proyektin həcminə görə ayrılıqda hesablanır.
Tez hazırlanan, güvənli, professional və zəmanətli