MARKET RƏF SİSTEMLƏRİ

Market üçün rəflər – tədarükçülər üçün əlverişli imkan yaradır və malların yaxşı görünüşü və satılmasına xidmət edir. Market rəfləri dik ayaqlardan və tavalardan ibarətdir. Ayaqların uzunlugundan və mərtəbələrin sayından asılı olaraq qiymət dəyişir. Markət rəflərinə digər aksesurlarda əlavə etmək olar. Market rəflərinin yaxşı görünməsi üçün istehsal olaraq onlara paslanmaz maye vurulur, toz boya ilə bişirilir. Ticarət üçün nəzərdə tutulmuş rəflər artıq market, supermarket və hipermarketlərə əvəzolunmaz biznes avadanlığıdır. Quraşdırılmış market rəfləri təkcə satışın təşkili üçün deyil həmdə dükanda xoş mühitin və müştərilərin  xoşuna gəlməsinə, cəlbediciliyinə xidmət edir. Satışda eləcə də əl səbətləri, təkərli arabalar, turniketlər, plastik qutular, çəkməcəli qutular, rəf üçün sipərlər mövcuddur.