XİDMƏTLƏRİMİZ

Palletli rəflər, Market rəfləri, Konsol qollu rəflər, Mezanin rəflər, Mini rəflər, Arxiv rəfləri

Keçirmə rəf sistemləri depo üçün lazım olan dam və xarici cəbhə ehtiyacınızı aradan qaldırır. Bu sistemlərə inşaat lazım olmadığından qiymət 18-faizdən 27-faizə qədər düşür.

Mekik rəf sistemi forkliftin anbar dəhlizlərində gəzişməsinə ehtiyac qalmadan avtomotik daşıyıcı ilə məhsulları rəflər boyunca yüklənməsini və boşaldılmasını təmin edən yüksək sıxlıqlı saxlama sistemidir. Cihaz operator tərəfindən irəli-geri, aşağı-yuxarı, doldurma-boşalma funksiyalarını edən bir uzaqdan idarə edilir.

Mini rack rəf sistemləri – depo və anbar şəraitini qurmaqda kömək edir. İnkişaf edən təşkilatlar, satış nöqtələri üçün anbar sistemini qurmaq üçün vacib məsələdir. Keyfiyyətli, dözümlü və etibarlı olan bu dəmir konstruksiya həmdə mobildir (daşınan).Hər qatı 400kq yük götürmə qabiliyyəti vardır. Dərinlik, hündürlük və uzunluq sahənin ölçülərindən və müştərinin istəyindən asılıdır. Bu məhsul mobil (daşınan) olduğundan montaj və demontaj etmək çox rahatdır. Müştərinin yükünə uyğun olaraq qiyməti dəyişir.

Avtomatik anbar sistemləri ümumiyyətlə böyük həcmli və ağır yüklərin depolanmasında, sahələrin qeyri-kafi olması səbəbiylə saxlama sıxlığının yüksək olduğu vəziyyətlərdə seçilir. Sistemlər tam avtomatik və insan gücü olmadan işləyir.

Bir birinə keçən rəf sistemləri ya da başqa adı politra rəfləri, iki modul arxa arxaya gələrək  yerləşdirilib aralarına cüt tərəfli ara bağlantılar qoyularaq düzəldilir. Ən qənaətcil və istifadəsi geniş olan saxlama sistemləridir.

Drive-in sistemləri  Crawler məhsulların dərinə qoyulmasını təmin edir. Bu sistemdə forklift sistemi tam içinə girdiyində drive-in , yani içinə girilən rəf sistemləri adını daşıyır.

Sürüşən rəf sistemləri bu sistem müstəqil olaraq rəflərin üzərindəki məhsulları hərəkət etdirir. Bir çox kanal yan-yana və ya üst-üstə olanda yüksəklikdən  optimal olaraq istifadə edilir.

Market rəfi – Market üçün rəflər – tədarükçülər üçün əlverişli imkan yaradır və malların yaxşı görünüşü və satılmasına xidmət edir. Market rəfləri dik ayaqlardan və tavalardan ibarətdir. Ayaqların uzunlugundan və mərtəbələrin sayından asılı olaraq qiymət dəyişir. Markət rəflərinə digər aksesurlarda əlavə etmək olar. Market rəflərinin yaxşı görünməsi üçün istehsal olaraq onlara paslanmaz maye vurulur, toz boya ilə bişirilir. Ticarət üçün nəzərdə tutulmuş rəflər artıq market, supermarket və hipermarketlərə əvəzolunmaz biznes avadanlığıdır. Quraşdırılmış market rəfləri təkcə satışın təşkili üçün deyil həmdə dükanda xoş mühitin və müştərilərin  xoşuna gəlməsinə, cəlbediciliyinə xidmət edir.

Mezanın rəf sistemləri (Çox qatlı rəf sistemi)rəf ayaqları istifadə platforması kimi istifadə oluna bilər. Bu sistemdə maksimal yüksəklikdəki anbarlar platforma ilə birləşərək əlavə istifadə sahəsi yaradır. Məzanın sistemdə anbar həcmini sistemin qat sayı təyin etdiyi üçün bina yüksəkliyinin ən yaxşı və maksimal səviyyədə istifadə edilir. Kiçik həcimli anbarda çoxlu mal-materiyal saxlamaq üçün əsas olaraq mezonin rəf sistemlərindən istifadə etmək olar. Bu rəf sistemlərini həmdə mərtəbəli rəf sistemi də adnlandırmaq olar.

Konsol qollu rəf sistemi uzun  boy yükləri, malları (taxta, profillər, borular və s.) saxlamaq üçün istehsal müəsisələrində və depolarda istifadə olunur. Fərqli uzunluqdakı malların yan yana və boşluqsuz  yığılması üçün ən sərfəli rəf sistemidir. Bu sistem istənilən hündürlüyə tənzimlənir,  mobil konustruksiyali sistemi sayəsində rahatlıqla sökülüb basqa yerdə də quraşdırıla bilir.

Yüngül yük rəf sistemləri yüngül və orta yük rəfləri, xüsusi orta və kiçik həcmli məhsullar üçün ən ideal saxlama üsullarıdır. Digər rəf sistemləri ilə birlikdə bu sistemində asan quraşdırılma imkanı təmin edir. Arxiv qutuları və ehtiyat hissələrini saxlamaq üçün çox idealdır. Kiçik həcmli məhsulların yığılmasını çox asanlaşdırır. Yüngül yük rəf sistemləri; Bolt qaykalı (vint və yivli),  asan sökülüb, yığılan,  ekonomik, keyfiyyətli  bir arxiv və depolama sistemləridir. Hər rəfin hündürlüyü maxsimum 3 metr ola bilər.Klasik arxiv rəf sistemlərində qat arası məsafə 37,5 sm olur. Hündürlüyü 3 metrə olarsa bu rəf sistemləri 8 qatlı və rəf araları 40sm olaraq uyğunlaşdırılır. Çəki götürməsi isə hər qata 50kq-dır. Bu cür rəf sistemləri ən maliyyət cəhətdən ən qənaətçilidir. Rəf Uzunluqları 60sm, 70sm, 90sm, 100sm və 125sm olur. Rəf hündülüyü: 1m-dən 3-metrə qədər dəyişir, Rəf dərinlikləri: 30sm, 40sm, 50sm, 60sm.

Avtokar, Elektrokar, Dizelkar, Ştabliyor, Transpalet

 “Yale” və  “Komatsu” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi  “Azequip”! Çəngəlli yükləyicilərin (Avtokar/Elektrokar/Stabliyor/Rictrak/Transpalet) və s.) anbarlarda, depolarada, sənaye zonalarında, soyuducu kamera və logistika mərkəzlərində layihələndirilməsi və təchizi. Servis xidmətinin müştəri ünvanında görülməsi. İşlənmiş və təzə Forkliftlərin uzun müddətli çox sərfəli qiymətə icarəsi.

• Adi transpaletlər

• Elektrikli, idarə olunan transpaletlər

• Elektrikli, piyada idarə olunan transpaletlər

• Elektrikli, dördtəkərli forkliftlər

• Dizel ilə işləyən forkliftlər

• Riçtraklar

• Horizontal (üfiqi) yığım avadanlıqları

• Vertikal (şaquli) yığım avadanlıqları

• Yüksək rəf yığıcıları

• Yüksək rəf forkliftləri

• Anbar üçün müxtəlif rəflər.

Karkassız anqar

Anbar və anqar tikmək üzrə ixtisaslaşmış “Deposist” MMC sizə müqayisə olunmayacaq dərəcədə sərfəli və güvənli olan, Amerikan texnologiyası ilə - Karkassız, yarımçəllək formada Anqar tikintisi təklif edir. Bu növ tikinti bütün dünyada uğurla tətbiq olunur: Anqar, anbar, dənli bitki, meyvə-tərəvəz saxlancı, ferma, avtodayanacaq, idman kompleksi, hovuz və s. tipli tikintilərdə arkalı, karkassız anqarlardan istifadə olunur. Çox sərfəli və qısa zaman ərzində bu metalakonstruksiya karkassız tikildiyinə görə daha səmərəlidir. Karkassız anqarların inşaatında rulon halında olan 1mm və 1.5mm (proyektin enindən asılı olaraq) qalınlığında galvaniz dəmirdən istifadə olunur. Karkassız (yarımçəllək) anqar tikililəri – Azərbaycan mühiti üçün ideal, keyfiyyətli, şimaldan cənuba hər bölgədə əlverişli, yağışdan, gündən, küləkdən qoruyan dəmir kompleksdir. Bu günki gündə təcrübələr sübut edir ki, baha olmayan və operativ tikilmə xarakteristikası olan karkassız anqar sistemlərinin bu xüsusiyyəti aparıcı ölkələrdə sıx inkişafına səbəb olmuşdur.

Professional səviyyəli Deposist şirkəti bu məsuliyyəti üzərinə götürərək Azərbaycanda ilk olaraq karkassız anqar tikməyə başlamışdır və 15 il zəmanət verir.

Anqarların ölçüləri, eni – 12-dən 36 metrədək, uzunluq – 20dən 200 metrədək, hündürlük – 4-dən 12-dək.

Tikinti vaxtı 500 m2 – 2-3 həftə, 1000 m2 – 4-5 həftə.

Karkassız anqarların tikintisinin qiyməti və endirimi hər proyektin həcminə görə ayrılıqda hesablanır.

Tez hazırlanan, güvənli, professional və zəmanətli

Yükünüzü və Depolama sisteminizi bizə etibar edin.